QƏTİsif. və zərf [ər.] 1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. - Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: - Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə qəti bir ahəng və pıçıltı ilə: “Belə, ancaq belə!” - dedi. S.Rəhimov.
Son, axırıncı, həlledici. Qəti cavab. Onunla qəti danışmaq lazımdır. - Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. M.S.Ordubadi. Burlaxatun son qəti dəqiqələrin gəldiyini hiss edib, .. vəsfəgəlməz iztirablar çəkirdi. M.Rzaquluzadə. Tam yəqinliklə, tamamilə, möhkəm surətdə. Qəti demək olar. // Tərəddüdsüz, sarsılmaz, möhkəm. [Barxudar] əlində paket iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi. Mir Cəlal. Ən təsirli, ən şiddətli, ən kəskin, ən güclü. Qəti tədbir görmək. Paylaşın - Hamı bilsin
|