QƏYYUMis. [ər.] hüq. Həddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam. [Ağa Mərdan:] O vaxtdan mən ona [Zeynəbə] özümü çox asanlıqla qəyyum edərəm. M.F.Axundzadə. [Mayor:] ..Hacı olub dəli, dəliyə gərək qəyyum tikilə, .. mən onu gözləyə bilmərəm. N.Vəzirov. Bu yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Ə.Haqverdiyev. // məc. Vəkil. Uşaq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir.
Paylaşın - Hamı bilsin
|