
QƏVİsif. [ər.] Qüvvətli, güclü, möhkəm. Beşinci tühaf “Sofi Hüseyn” adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. Indi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi. H.Nəzərli. Əgər mən olmasaydım, məsul cəbhəmdə qəvi; O zaman bu ölkədə nəyə gərəkdim, nəyə? S.Rüstəm.
Paylaşın - Hamı bilsin
|