.....i_l_by_id_with_comments QƏŞŞ sözünün izahı / QƏŞŞ sözünün mənası

İzahlı lüğət

QƏŞŞ

is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. □ Qəşş etmək (eləmək)
1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. S.S.Axundov. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Çəmənzəminli; 2) həddindən artıq istəmək, bir şeyin arzusunda, həsrətində olmaq. Qəşş olmaq - son dərəcə ruhlanmaq, canlanmaq, ləzzət aparmaq. Nə müqəddəs havası var.. hər an; Nəfəs aldıqda qəşş olur insan. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....