.....i_l_by_id_with_comments QARĞIŞ sözünün izahı / QARĞIŞ sözünün mənası

İzahlı lüğət

QARĞIŞ

is. Birisinin haqqında pis arzu, nifrin, bəddua. Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətavi. Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu, qarğışdı, nədi, bilmirəm. Mir Cəlal. □ Qarğış etmək (eləmək, tökmək və s.) - bax qarğımaq. [Şamxal] “Ağlıma gələn dağlara, daşlara, mən nə fikirləşirəm? Allah, mənə ölüm ver, gör necə sarsaq xəyallara düşürəm” , - deyə özünə qarğış etdi. İ.Şıxlı. Oarğış tutmaq - qarğışın təsiri keçmək. Mənim qarğışım onu tutmasa, mən heç nə bilmirəm. M.Hüsevn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....