.....i_l_by_id_with_comments QIZINMAQ1 sözünün izahı / QIZINMAQ1 sözünün mənası

İzahlı lüğət

QIZINMAQ1

qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək. [Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi. Mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov. Mahmud və yoldaşı çay içdikdən sonra, bir az qızınıb hallandılar. B.Talıblı. // Məc. mənada. İlk yaz günəşi ilə qızınan torpaq da sanki adamlar kimi.. nəfəs alır, ayılırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....