İzahlı lüğət

QİBLƏ

is. [ər.] 1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə.
2. Cənub, cənub tərəf. Külək qiblədən əsir.
Səhər-səhər sərin qiblə yelləri; Heç yolun düşdümü canan dağına? M.P.Vaqif. Belə kölgəlik tikəndə, gərək elə tikilsin ki, səbətləri üzü qibləyə qoymaq [mümkün] olsun. H.Zərdabi. Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. N.Vəzirov.
□ Qibleyi-aləm köhn. - müsəlman Şərqində hökmdara müraciət forması. [Böyükxanım:] Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. M.S.Ordubadi. Şah hiddətlə dedi: - Sadıq xan, sən də belə!.. Bir demirsən ki, niyə Məmməd bəy qibleyi-aləmin hüzuruna gəlmir?.. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QIN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed