QIZIŞDIRMAQf. 1. Odun alovunu daha
da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. - Qızışdırar bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Səhhət. məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq. □ Müharibə qızışdıran - işğalçılıq müharibəsi təbliğ edən, işğalçı. Müharibə qızışdıranlar nə qədər fitnəkar olsalar da, onlar nə qədər qızğın təbliğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun. // məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq. - Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı. məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq. Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi: - Bu yaramazı görürsünüzmü? Aylarca üzünü görməzdim; işi nə idi? Boş-boğazlıq. A.Şaiq. Usta nə qədər çalışdısa, arxitektoru qızışdıra bilmədi. M.İbrahimov. məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq. [Vaqif:] Bunlar hamısı məliklərin işidir, - dedi, - xalqı qızışdırıb avara qoyurlar. Çəmənzəminli. məc. Döymək, əzişdirmək. [Mərdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|