QOVURMAis. 1. “Qovurmaq” dan f.is.
2. Yağda qovrulmuş ətdən ibarət xörək. Odur, küpdə qovurma var, ocağı alışdırın, isidin, dağarcıqdan əppək alın, yeyin. M.Rzaquluzadə. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. // Bəzi mürəkkəb xörək adlarının tərkib hissəsinə daxil olur. Qovurma kabab. İç qovurması. Paylaşın - Hamı bilsin
|