
QOVUŞDURMAQ1f. 1. Birləşdirmək, bitişdirmək. Çayın qollarını qovuşdurmaq. Firəngistanın və ingilisin dövlətli kəsləri iki icma bina ediblər ki, [La-Manşın] altında bir dəmiryol saldırıb, məzkur məmləkətləri qovuşdursunlar. “Əkinçi” . Cinsi hibridləşdirmə dedikdə, iki müxtəlif orqanizmin [bitki və ya heyvan] cinsi hüceyrələrini qovuşdurub mayalanması yolu ilə hibrid almaq nəzərdə tutulur. M.Axundov.
Görüşdürmək, birləşdirmək. [Xanpəri:] Muğanlı Səfərəli qızını sevgilisinə qovuşdurmadımı? M.F.Axundzadə. Bu yanan sinəmi ovuşdurram; Başqa bir sinəyə qovuşdurram. A.Səhhət. Paylaşın - Hamı bilsin
|