
QUBERNATOR[lat.] tar. 1. 1917-ci il inqilabından əvvəl Rusiyada quberniya (vilayət) rəisi; vali. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun ilə otlar” . Ə.Haqverdiyev. Bakı qubernatoru .. Bakı varlıları və Bakı qoluzorbaları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. M.S.Ordubadi.
2. ABŞ-ın hər bir ştatında və Latın Amerikası respublikalarında yüksək inzibati vəzifə sahibi. Paylaşın - Hamı bilsin
|