
QUBERNAT“Qubernator” sözünün vaxtı ilə canlı danışıq dilində işlənmiş forması. Ərzə verdim keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. ..Əgər sizə bir milyon da pul verələr, ya qubernat siz ilə əl-ələ versə, siz yenə mütəvəlliliyi qəbul etməzsiniz. C.Məmmədquluzadə. Qalanın dibində yıxıldım yatdım; Qubernat gələndə sıçradım qalxdım. “Qaçaq Nəbi” .
Paylaşın - Hamı bilsin
|