QUBARis. [ər.] 1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli. □ Qubar bağlamaq - bax qubarlanmaq. Qubar etmək (eyləmək) - kədərləndirmək, qəmləndirmək, dərdləndirmək. Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir. İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov. Qubar olmaq - böyük dərd olmaq. Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət. Paylaşın - Hamı bilsin
|