QUCAQLAMAQf. 1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı. - Məcid .. [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb öpdü. B.Talıblı. Güman edirəm ki, ömrümdə anam bu qədər səmimiyyətlə məni qucaqlamamışdır. Qantəmir. Gün gələr yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza. // Qolları arasına almaq. Böyükxanım bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi. M.S.Ordubadi.
2. məc. Bərk-bərk yapışmaq, tutmaq. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. Paylaşın - Hamı bilsin
|