QANMAQf. Anlamaq, başa düşmək. [Şahbaz bəv:] Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? M.F.Axundzadə. [Səfdərqulu:] Vallah, mən bilmirəm sən məndən nə istəyirsən, qana bilmirəm, nə qədər fikir eləyirəm, qana bilmirəm. N.Vəzirov.
qana-qana zərf Bilə-bilə, qəsdən. Sözü qana-qana dur; Çəkin, yana-yana dur; Daha məni görməzsən; Sızla, yana-yana dur! (Bayatı). Paylaşın - Hamı bilsin
|