QURTULMAQf. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi. [Əvvəlinci ərizəçi:] ..Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzadə. Qızılquşpəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. [Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|