
QURTULUŞis. Xilas, nicat, azadlıq; azad olma, xilas olma, nicat tapma. Qurtuluş bayramı. - Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu. S.Vurğun. Qələbələrimiz bütün dünyada sülh və azadlıq cəbhəsinin ən möhkəm dayağıdır, insanlığın qurtuluş arzularını çiçəkləndirən günəş işığı qədər ürəkaçıcı və fərəhlidir. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|