
QINAMAQf. Məzəmmət etmək, danlamaq, təqsirləndirmək, töhmətləndirmək. Ey məni qınayan, ağlama, deyib; Ağlar yarı gedən bəs ağlamazmı? M.V.Vidadi. Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim övraq. Q.Zakir. Dostlar uzun danışsam, məni qınamayın siz; Mən hələ az demişəm vətənimdən, elimdən. S.Rüstəm.
Paylaşın - Hamı bilsin
|