QIPQIRMIZIsif. 1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma. - ..Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm. □ Qıpqırmızı kəsilmək utanaraq üzü qızarmaq. Bu əsnada Kiçikbəyim içəri girdi, Vaqifi görüb utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib salam verdi.. Çəmənzəminli. Qıpqırmızı olmaq (qızarmaq) - utanaraq, yaxud acıqdan, pərtlikdən, həyəcandan sifəti qızarmaq. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. Zeynəbin yanaqları qıpqırmızı qızarmışdı; ürəyi də əsirdi. Qantəmir.
məc. dan. Tamamilə, apaçıq, açıqdanaçığa, qabacasına. Qıpqırmızı yalan. zərf Həyasızcasma, utanmazcasma, yalandan. Qıpqırmızı üzünə durmaq. Qıpqırmızı danışmaq. Paylaşın - Hamı bilsin
|