
QALANMAQməch. 1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. Ot biçildikdən sonra, qalanıb taya vuruldu. - Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic, vəssəlam. C.Məmmədquluzadə. Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi çağ olar. A.Səhhət.
Yandırılmaq, alovlandırılmaq; odun, kömür və s. qoyulub alışdırılmaq. Odlara qalandım, dedim: Allahə təvəkkül! Ə.Nəzmi. Ocağa qalanmış odunlar yanıb qurtardığı üçün qaranlıq yenə qanadlarını gərirdi. Ə.Vəliyev. t-siz. Yanmaq, alovlanmaq. Canım eşq oduna qalanmaq gərək. M.P.Vaqif. Paylaşın - Hamı bilsin
|