.....i_l_by_id_with_comments
QALDIRIMis. köhn. Səki. Gecəki yağmurlardan çuxurlar göl-göl durmuş, ensiz bir qaldırım üzərində gəzirdim. A.Şaiq. [Rüstəm bəy və Çingiz] küçəyə çıxdılar, hava çiskindi. Geniş qaldırımların üstə çıraqların işığı uzun əkslər buraxmışdı. Çəmənzəminli. Onlar dəstələrlə institutlardan, idarələrdən, zavodlardan çıxıb tramvaylara dolur, qaldırımlarda yürüyür, sevinclə qaynayırlar. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|