
QALAMAQf. 1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. Odunları qalamaq. Kərpici qalamaq. Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb istəyirdi otaqdan qaça aşpazxanaya. C.Məmmədquluzadə.
2. Ocağa, sobaya və s.-yə odun, kömür və s. qoyub yandırmaq, alovlandırmaq, alışdırmaq. Ocaq qalamaq. Təndir qalamaq. Buxarını qalamaq. - [Müəllim] Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yatağına uzanmışdı. S.Hüseyn. Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda. Ə.Cəmil. Paylaşın - Hamı bilsin
|