QALDIRICI1. sif. Qaldıran, ağırlıq qaldıran. Qaldırıcı mexanizm. - Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazma borularını çəkib yuxarı apardı. M.Hüseyn. Yuxarıda qaldırıcı kran hərlənərək xortumunu suyun üzərinə salladı. Ə.Sadıq.
2. is. Ağırlıq qaldıran mexanizm, qurğu. Polad qaldırıcı yerə enərək, çanağını qumla doldurub cəld yuxarı qalxır. Paylaşın - Hamı bilsin
|