
QALAQLANMAQməch. Qalaq vurulmaq, komalanmaq, bir yerə toplanmaq, üst-üstə yığılmaq. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. Görünürdü güclü bir qar gələcək, qar qarın üstünə qalaqlanacaq, lütlənən ağaclar qarla yüklənəcəkdir. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|