
QALEREYA[fr.] 1. Binanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya. Qala tikililərini, yaxud şaxtanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən yeraltı yol.
Teatrın, ucuz qiymətli yerlər olan ən yuxarı yarusu. İncəsənət əsərlərini nümayiş etdirmək üçün bina. Şəkil qalereyası. // İncəsənət, əsasən rəsm və heykəltəraşlıq muzeyi. Tretyakov qalereyası. Drezden qalereyası. məc. Uzun sıra, silsilə. M.F.Axundzadə tiplərinin qalereyası. Paylaşın - Hamı bilsin
|