QALAQis. Bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan şey; yığın, topa. Odun qalağı. Dərz qalağı. Qar qalağı. Torpaq, qum qalağı. - Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var idi. C.Məmmədquluzadə. Onlar uçuq toyuq hininipalçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. Yonca qalaqlarının arasına çatanda, Tapdıq: - Mina, hara tələsirsən? - deyə onu saxladı. Ə.Əbülhəsən. □ Qalaq vurmaq - koma yığmaq, üst-üstə yığmaq, qalaqlamaq. Tayları qalaq vurmaq.
qalaq-qalaq zərf Qalaqlanmış halda, üst-üstə yığılmış halda; yığın-yığın, topa-topa, üst-üstə. Hətəmxanın tayları dağ kimi qalaqqalaq göründüyü halda, yenə də arası kəsilmədən ulaqlarla dərz çəkilirdi. S.Rəhimov. Dəniz coşdu zaman-zaman şiddətlənərək; Qalaq-qalaq qaryığını çıxdı qurşağa. S.Vurğun. Pambıq kimi qalaq-qalaq yığılıb; Oxşursunuz qarlı dağa, buludlar! H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|