
QAYTARMAQf. 1. Alınmış, yaxud göndərilmiş bir şeyi geri vermək (göndərmək). Kitabı oxuyub mənə qaytar. Borcunu qaytarmaq.
Xahişlə və ya başqa bir yol ilə bir yerə qayıtmağa, yaxud geri dönməyə məcbur etmək; geri döndərmək. Yarı yoldan qaytarmaq. Hələ uzaq getməmişkən qaytar! - Məşuqə fənəri alıb qulluqçunu qaytardı. S.Rəhimov. Rədd etmək, dəf etmək, başdan sovmaq. Zərbəni qaytarmaq. □ Söz, cavab qaytarmaq - özündən böyüyün dediklərini və ya göstərişlərini qəbul etməyərək, qabacasına rədd etmək. [Nənəm mənə deyərdi:] Biz səni dərsə qoyuruq, sən fikir vermirsən, mollanı aldadırsan, ona cavab qaytarırsan. H.Sarabski. Paylaşın - Hamı bilsin
|