QAZ2[fr.] kim. 1. Ayrı-ayrı hissəcikləri bir-biri ilə çox zəif bağlı olan və sərbəst surətdə hərəkət edib hər tərəfi qaplamağa qabil olan fiziki cisim, maddə. Təbii qaz. Boğucu qaz. Mədənlərdən, neft quyularından çıxan qazların işlənməsi nəticəsində qaz benzini alınır.. Məmmədəliyev. Yerdən çıxan qazı qədim adamlar ilahi bir şey hesab edirdilər. M.Hüsevn. // Binaları qızdırmaq, işıqlandırmaq, yaxud mühərrik qüvvə kimi işlətmək və s. məqsədlər üçün istifadə edilən qaza və ya buğaoxşar maddələrin ümumi adı. Teatr qazla işıqlandırılır. Təbii qaz ən ucuz yanacaqdır. Qaz fənəri. - Lətifə tez-tələsik qazpilətəsini yandırdı. M.Hüsevn.
2. Mədədən çıxan qazaoxşar ifraz. □ Qazı qaçmaq dan. - işi baş tutmadığına görə əhvalı pozulmaq, pərt olmaq, ovqatı təlx olmaq. Müdirin ovqatı qarışmışdı; ..Nicatın qazı qaçmışdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|