.....i_l_by_id_with_comments QAZAN sözünün izahı / QAZAN sözünün mənası

İzahlı lüğət

QAZAN

is. İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Mis qazan. Aş qazanı. Qulplu qazan. Buxar qazanı. - Qazan olmayan yerdə güvəc də qazandır. (Ata. sözü). Ocaq daşının üstündə iri qazandan plov qoxusu gəlirdi. Ə.Vəliyev. Qazan asmaq - qazanda xörək bişirmək. Oxudular fatihə əmyat üçün; Neçə qazan asdılar xeyrat üçün. S.Ə.Şirvani. Qazan qaynatmaq - iş düzəltmək, təşəbbüs etmək, hazırlıq görmək, zəmin hazırlamaq. [Məşədi Püstə:] Qoy, qonşumuz Kəblə Paşanın yasından başım ayılsın, mən bir qazan qaynadaram ki. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....