
QUZULAMAQ2f. məh. Yumşalıb narınlaşmaq, ovulub tökülmək, boşalmaq, yaxud horra halına gəlmək (torpaq haqqında). Bir tərəfi quzulayıb ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. Tikanlı tel uzanır, hər yana əyri, qıyğac; Palçıq çıxır qurşağa, quzulamış səngərdə. R.Rza.
Paylaşın - Hamı bilsin
|