
QÜRRƏLƏNMƏKf. Əsassız və boş bir şeyə arxalanaraq qürurlanmaq, güvənmək; iftixar etmək, lovğalanmaq. Boş yerə qürrələnməkdən nə çıxar? - Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına, .. ya ki, öz dövləti və puluna qürrələnə. C.Məmmədquluzadə. Çox güvənmə, qürrələnmə haluva, övladuva. M.Möcüz.
Paylaşın - Hamı bilsin
|