İzahlı lüğət

QANAD

is. 1. Quşlarda və cücülərdə uçmaq orqanı. Quş qanadı. Qanad açıb uçmaq. Göyərçinin qanadı. Milçəklər qanadlarında, xortumlarında və ayaqlarında külli miqdarda mikroblar gəzdirir.
Təyyarənin qalxma qüvvəsini yaradan, hər iki tərəfindəki yastı səthlərdən hər biri. Təyyarənin sol qanadı. - Budur, sağ tərəfdə bir təyyarə var; Onun qanadından topla vurublar. M.Rahim.
Yel dəyirmanının fırlanan pəri. Dəyirmanın qanadı küləyə doğrudur.
Balıqlarda: üzməyə məxsus üzvlər, pərək. Bəzi balıqların iki, bəzilərinin isə dörd qanadı olur. Qapı və pəncərə kimi şeylərin açılıbörtülən və çox zaman cüt olan tağlarından, taylarından hər biri. Pəncərənin bir qanadı açılmır.
Bir şeyin iki tərəfindən hər biri. Hər ikisi salonun sağ qanadındakı dördüncü lojaya dirsəklənərək səhnədə incə.. rəqqasələri seyr edirdilər. A.Şaiq.
Hər hansı bir təşkilatın, partiyanın ifrat (sol və ya sağ) qrupu.
Uc, kənar, qıraq. // Budaq. Həcər çaya düşərkən əl atıb bir ağacın qanadından yapışdı. S.Rəhimov.
Cəbhənin, qoşunun, sıranın sol və ya sağ tərəfi; cinah.
Əsas şeydən ayrılmış qol. Bu geniş maşın yolundan isə bir qanad ayrılaraq, Ağbulağın ortasına gətirilmişdi. S.Rəhimov.
□ Qanad açmaq şair. - uçmaq, qanadlanmaq. Azadlığın böyük qəlbi qartal kimi qanad açır. S.Vurğun. Qanad çalmaq - qanad vurmaq, uçmaq. Asta qanad çalın qafil telləri; Hayıfdır, salarsız düzə, durnalar! M.P.Vaqif. [Qızılquş] xeyli sonra enib, ovlağın üstündə qanad çala-çala (z.) dövrə vurub beləcə qayıtdı. S.Rəhimov. Qanad çırpmaq - uçmaq, qanadlanmaq. Qanad-quyruq bağlamaq pərvazlanmaq, cana gəlmək, canlanmaq, qüvvətlənmək. Qanad vermək - b a x qanadlandırmaq. Gəlir qonşuluqdan piano səsi; Qəlbə qanad verir onun nəğməsi. S.Vurğun. Müəllim yüksəlişçin şagirdə qanad verir. M.Seyidzadə. Qanad(ını) gərmək - 1) qanad açmaq, qanadını gərgin surətdə açmaq;
məc. himayəsi altına almaq, qorumaq;
məc. başının üstünü almaq, üstünü tutmaq, çökmək. Kənd üzərində qəmli və dərin bir sükut öz qanadlarını gərir.. M.Hüseyn. Qanadını gərir axşam; Soyuq keçir ürəyimdən! S.Vurğun. Qanadı altına almaq - himayəsinə götürmək, qorumaq. Həcərin karlı qardaşları var. Bunlar bacılarının xatiri üçün Alı kişini öz qanadları altına alıb saxladılar. “Qaçaq Nəbi” . Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq. Qanadı qırılmaq (sınmaq) - köməksiz və himayəsiz qalmaq, ən yaxın adamından məhrum olmaq, bədbəxtlik üz vermək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed