
QANDALis. [əsli ər.] 1. Keçmişdə ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir. [Çingiz:] Məgər Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda sızıldamasına səbəb binamus Şahbaz bəy olmuşdur? S.S.Axundov. Zəncir və qandal cingiltisi kameradakı həyəcanı daha da gücləndirirdi. M.Hüseyn.
2. məc. Maneə, buxov mənasında. Paylaşın - Hamı bilsin
|