
QÜVVƏT1. Bax qüvvə. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “Koroğlu” . Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz. A.Şaiq. □ Qüvvət almaq - qüvvətlənmək, güclənmək, ürəklənmək, ruhlanmaq. Bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı. M.S.Ordubadi. Qüvvət alıb, ilham alıb; Yurd salmışam dağlarda mən. S.Vurğun. Qüvvət vermək - 1) qüvvətini, mətanətini, təsirini artırmaq; qüvvətləndirmək, gücləndirmək, ruhlandırmaq; 2) təsdiq etmək, şərik olmaq, müdafiə etmək. Mürşüdoğlu dəxi həkimin sözünə qüvvət verdi. S.Rəhimov.
riyaz. Bir ədədin neçə kərə öz misli ilə vurulduğunu göstərən rəqəm. Paylaşın - Hamı bilsin
|