
QVARDİYA[fr.] 1. Ən yaxşı seçmə qoşun hissələri. Qvardiyapolku. Qvardiya hissələri. Qvardiya mayoru.
məc. Hər hansı bir sahədə sınaqdan çıxmış, təcrübəli, qabaqcıl xadimlər; öz işinə sadiq olan mübarizlər. Köhnə qvardiya. Köhnə fəhlə qvardiyası. □ Ağ qvardiya SSRİ-də 1918-1920-ci illərdə vətəndaş müharibəsi dövründə əksinqilabçı qoşunların ümumi adı. Qırmızı qvardiya - əksinqilab və ağqvardiyaçılarla mübarizə etmək üçün 1917-1918-ci illərdə təşkil edilmiş və Qırmızı Ordunun əsasını təşkil etmiş silahlı fəhlə dəstələri. Paylaşın - Hamı bilsin
|