
QIDIQis. Bədənin bir yerinə əl və s. ilə toxunduqda onda əmələ gələn və adamın qeyri-ixtiyari gülməsinə səbəb olan hal; yüngül təxərrüş, qıcıq; qıcıqlanma hissi. □ Qıdığı gəlmək (tutmaq) - b ax qıdıqlanmaq 2-ci mənada. Ayağının altına əl vurduqda, qıdığı tutur. - Atası onun boğazının altından öpər, onun qıdığı tutub gülməkdən uğunardı. M.Rzaquluzadə. Qıdığını tutdurmaq
b a x qıdıqlamaq. Paylaşın - Hamı bilsin
|