
QATIQis. 1. Südü bişirib, bir qədər soyutduqdan sonra, içərisinə maya qataraq, üstünü basdırmaqla hazırlanan ağartı; yoğurt. Üzlü qatıq. Üzsüz qatıq. Qatıq çalmaq (süddən qatıq hazırlamaq). Uç gündür yol gəlirəm, acam, mənə bir az qatıqdan, əppəkdən verərsinizmi? M.Rzaquluzadə.
Çörək ilə bərabər, çörəyə qatılıb yeyilən hər bir şey; yavanlıq. Qatıqsız çörək boğazdan keçməz. Paylaşın - Hamı bilsin
|