İzahlı lüğət

QATILAŞMAQ

f. 1. Getdikcə qatı hala düşmək, getdikcə bərkimək, qəlizləşmək; mət ləşmək. Qatıq qalıb qatılaşıbdır. Mürəkkəb lap qatılaşıb, yazmaq olmur. Mürəbbə odun üstündə çox qalıb qatılaşdı.
2. Getdikcə artmaq, şiddətlənmək, güclənmək; kəsifləşmək. Axşam qaranlığı isə qatılaşır, sanki Nərimanın havaxdan bəri həsrət olduğu gündüz işığını örtmək istəyirdi. Mir Cəlal. Çən get-gedə daha da qatılaşırdı. M.Hüseyn. Çöldə qaranlıq daha da qatılaşmışdı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed