
QABAQCILsif 1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları. - [“Dəbistan” ] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarifi xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektinə çevrilmişdir. “Hophopnamə” . // Is. mənasında. Neft sənayesi qabaqcılları. Kənd təsərrüfatı qabaqcılları. İstehsalat qabaqcıllarının müşavirəsi. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə. - Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi. A.Şaiq. Həsənbəy Zərdabi dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|