
QABAQLAŞMAQf. Qarşılaşmaq, qarşı-qarşıya gəlmək, üz-üzə gəlmək; üz-üzə durmaq. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq, barı! S.Vurğun. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözüyaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. İ.Şıxlı.
Paylaşın - Hamı bilsin
|