
QABAQCAzərfi Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır. - Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: - Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi. [Kəblə Rəcəbəli:] Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|