
QABANis. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. - Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli, yöndəmsiz və qüvvətli adam haqqında. Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir.
□ Qabana dönmək - 1) həddindən artıq yekələnmək, kökəlmək, güclənmək; 2) vəhşiləşmək, azğınlaşmaq; son dərəcə qəzəblənmək, hiddətlənmək. Dönüb qabanapələngə, polis idarələri; Girib bu xalq ilə cəngəpolis idarələri. Ə.Nəzmi. Yaralı qabana dönmək - bax qabana dönmək 2-ci mənada. Paylaşın - Hamı bilsin
|