İzahlı lüğət

QAÇMAQ

f. 1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. Hara belə qaçırsan? - Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə. O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov.
İş yerindən, həbsdən və s.-dən özbaşına getmək, xəlvəti getmək. ..İki nəfər dərsdən qaçıb, oturmuş imişlər çayın kənarında. C.Məmmədquluzadə. [İsmavıl:] Ay qardaş, Sibirdən qaçmaq ki qeyri-mümkündür. Ə.Haqverdiyev. // Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. İnək tövlədən qaçmışdır.
İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. Qız bir oğlanla qaçdı.
Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməvə çalışmaq. Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan?
Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. O, aydın suala cavab verməkdən qaçır. Məsuliyyətdən qaçmaq.
Getmək, yox olmaq, çəkinmək. Rəngi qaçmaq. Yuxusu qaçmaq. Ləzzəti qaçmaq. Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Çəmənzəminli.
qaça-qaça zərf Qaçaraq, yüyürə-yüyürə, yüyürərək. Qaça-qaça gəlmək. - [Əşrəf:] Salatının qaça-qaça onlara yaxınlaşdığını görüb susdu. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed