QADAis. 1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu” . Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.
2. “Qadası” şəklində - yalvarış, yaxud nəvazişli xahiş - xitab bildirir. Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi. [Mahmud arvadına:] Bu kələyə razısanmı? ..İndi gəl üzündən öpüm, qadası!.. B.Talıblı. □ Qadan(ı) alım! - yalvarışlı, yaxud nəvazişli xahiş bildirir. [Şahbaz bəv:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani. Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: - Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli. Qadam sənə (olsun)! - qarğış ifadəsi. Qadası canıma - əzizləmə, pərəstiş ifadəsi. Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər. Paylaşın - Hamı bilsin
|