
QADAĞANis. 1. İcazə verilməyən, müsaidə edilməyən şey; adətən xəbər kimi işlənir: qadağandır - qanunən icazə verilmir, yasaqdır. Kənar adamların daxil olması qadağandır. Zalda papiros çəkmək qadağandır. - Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır? Ceyranı atıb vurma, yasaqdır, qadağandır! Ə.Vahid.
2. Adətən köməkçi feillərlə: qadağan etmək - edilməsinə icazə verməmək, qəti surətdə yol verməmək, yasaq etmək. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. Ə.Haqverdiyev. Qadağan edilmək (olunmaq) - qanunən icazə verilməmək, yol verilməmək, yasaq edilmək. Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|