
QADINLIQis. 1. Qadına xas olan sifətlər, xüsusiyyətlər. ..Səninsə qadınlıq haqqındır bəlkə; Məni qısqanırsan çiçəklərə də. M.Araz.
top. Qadınlar. Mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlanır. M.S.Ordubadi. [Növrəstə:] İndiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|