QAFİLsif. [ər.] 1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz. Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev. Bu qafil qıza mənimyazığım gəlirdi. M.S.Ordubadi. // İs. mənasında. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil? Füzuli. Ey qafil, özündən sənin ancaq xəbərin var! M.Ə.Sabir. □ Qafil olmaq - qəflət etmək: ehtiyatsız (diqqətsiz, xəbərsiz) olmaq, fürsəti əldən çıxarmaq, ehtimal etmək. Olma qafil, ər kimi tərpən, işin mərdanə tut. Füzuli. Vermişəm sən təki bimehrə könül qafil olub; Olmuşam indi yaman yerdə peşiman, əfsus! S.Ə.Şirvani. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? C.Məmmədquluzadə.
Ansızın, gözlənilməz, nagahani, qəfil. Məni hicriylə bir halə salıb gülüzlü ol dilbər; Ki, yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an. Heyran xanım. Paylaşın - Hamı bilsin
|