
QAH-QAHzərf Qəhqəhə ilə, bərkdən. Əl-ələ çalanda, qah-qah güləndə; Əyləşib qalanda, pünhan olanda; Deyib danışdığı yadıma düşdü. Aşıq Hüseyn. Qah-qah gülüş getdi; Asdım dəstəyi; Nəfəsimi dərməmiş, dring-dring yenə zəng oldu. R.Rza. // is. Qəhqəhə. □ Qah-qah etmək (çəkmək) - bərkdən qəhqəhə ilə gülmək (çox vaxt “qah-qah çəkib gülmək” şəklində işlənir). [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içərigirmədi. Xa... xa... xa... (qahqah çəkib gülür). C.Məmmədquluzadə. Gördük vədlərdən təkcə söz qalıb; Zülm qah-qah çəkir, haqsa hönkürür. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|