
QAHMARis. məh. Tərəfdar, arxa, kömək, havadar. Qahmarımız olmadı nə arxada, nə öndə.. B.Vahabzadə. □ Qahmar çıxmaq kömək çıxmaq, tərəfini saxlamaq, havadarlıq etmək. [Səfərəli:] Çarə yolunu düşünmüşük. Siz ancaq ilqar verin ki, bizə qahmar çıxacaqsınız. Çəmənzəminli. Dostlar özlərini yığışdırıb, İsgəndərə qahmar çıxınca, kişini camaat qabağında mühakimə elədilər. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|