
QAİB[ər.] 1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur. □ Qaib olmaq - yox olmaq, gözdən itmək. O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz. S.Ə.Şirvani. Iyirmi-iyirmi beş igid hərəsi bir at eşiyə çəkib çaparaq mindilər və qaib oldular. C.Məmmədquluzadə. Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Çəmənzəminli.
2. Qrammatikada: üçüncü şəxs, haqqında danışılan şəxs. Azərbaycan dilində “o” qaib əvəzliyidir. Paylaşın - Hamı bilsin
|